Moskvada terror aktı zamanı ölən azərbaycanlının anbaan görüntüləri

Moskvada terror aktı zamanı ölən azərbaycanlının anbaan görüntüləri
Rusiyanın Moskva vilayətində "Crocus City Hall” konsert zalında baş verən terror aktı zamanı həlak olan etnik azərbaycanlı Vüqar Hüseynov qəhrəmanlıq nümayiş etdirib.

Miq.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Mash” "Telegram” kanalı məlumat yayıb.

Atışma başlayanda o, digərləri ilə birlikdə evakuasiya olunmağa çalışsa da, bir qrup yaraqlıya rast gəlib. Bu zaman Vüqar qorxuya düşən insanları xilas etmək üçün bar masalarından barrikadalar düzəltməyə başlayıb. Bu an dəhşətli hücumun şahidlərindən biri tərəfindən videoya çəkilib - kadrlarda Vüqarın əynində yaşıl gödəkçə var.

Dostlarının dediyinə görə, o, qaçıb gizlənə bilərdi, lakin "Piknik”in konsertinə gələn digər insanları tərk etməyib. Bir müddət sonra "Vnukovo”nun işçisi güllələnib. İkinci mərtəbədən çəkilmiş videoda onların konsert zalının birinci mərtəbəsinin döşəməsində cansız vəziyyətdə uzandıqları görünür.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az