Mübariz Mənsimov tibb məntəqəsindən kameraya QAYTARILDI- MÜƏMMA
"Mübariz Mənsimovun hüquqlarını müdafiə edən vəkillərin bir neçə dəqiqə əvvəl verdikləri məlumata görə, səhhəti kəskin pisləşən Mənsimov Silivri həbsxanasının tibb məntəqəsinə köçürülüb. Lakin o, həkimlərin tibbi baxışından sonra yenidən öz kamerasına qaytarılıb."
Miq.Az xəbər veriri ki, bu barədə bu barədə "Palmali” şirkətlər qrupunun rəsmisi Fidan Quliyeva məlumat verib:
"Əlavə edək ki, həbsxananin tibb məntəqəsi Mübariz Mənsimovun xəstəliyinin düzgün və professional qaydada müalicəsi baxımından yetərsiz olduğuna görə, vəkillər onun ixtisaslaşmış xəstəxanaya yerləşdirilməsi ilə bağlı yenidən aidiyyəti qurumlara yazılı müraciət ediblər. Qeyd edək ki, saxlanılandan bir neçə gün əvvəl Mübariz bəy cərrahiyyə əməliyyatı keçirib."-deyə Fidan Quliyeva bildirib.
Bir müddət əvvəl Miq.Az-ın verdiyi xəbərdə Mübariz Mənsimovun keçirmiş olduğu ağır əməlliyat səbəbilə həbsxana şəraitindən ötrü hər gün xəstəxanaya aparıldığı, qaraciyər böyüməsi səbəbilə aldığı dərmanların təsir etmədiyi, bu səbəblə çox halsız olduğu və vəkilləri ilə belə danışmaqda çətinlik çəkdiyi bildirilirdi.
Qeyd edək ki, M. Mənsimov martın 15-də Türkiyə hüqüq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Miq.Az