"Mübariz Mənsimova qarşı irəli sürülən ittihamlar şübhəlidir”-Etibar Məmmədov


"Mübariz Mənsimova qarşı irəli sürülən ittihamlar şübhəlidir”
 
Bu fikirləri AMİP lideri Etibar Məmmədov iş adamı Mübariz Mənsimovun həbsi və ona qarşı irəli sürülən ittihamlarla bağlı sualımızı cavablandırarkən deyib.
 
"Soydaşımız Mübariz Mənsimovun uzun illər ərzində qurub yaratdığı "Palmali” Şirkətlər Qrupu 5 qitədə fəaliyyət göstərən və özündə 35 mindən artıq işçini birləşdirən bir dəniz sənayesidir. Həmin şirkətdə çoxlu sayda Azərbaycan vətəndaşı çalışır. Mübariz Mənsimovun dəstəyi ilə Türkiyə və Azərbaycanda təhsil alan minlərlə tələbə təqaüd alır. Mənsimov  insanlara maddi və mənəvi dəstək olan, cəmiyyət üçün faydalı bir şəxsiyyət olaraq tanınır və sevilir.

Ona qarşı irəli sürülən ittihamlarla tanışam və görünən odur ki, ittihamların böyük əksəriyyəti şübhəlidir. Odur ki, Türkiyə ədalət sisteminin ciddi şəkildə araşdırma aparmasına ehtiyac olduğu qənaətindəyəm”./ovqat.com/ 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az