Mübariz Mənsimovun azadlığı azərbaycanlı imicinin AZADLIĞIDIR!

Mübariz Mənsimovun azadlığı azərbaycanlı imicinin AZADLIĞIDIR!

"Qardaş” dediyin öz dövlətinin müttəfiqinə düşmən olana "yandaş” olmaz, cənab RTE!
Olarsa... tarix bu ləkəni yuya bilməz!

Azərbaycanda və dünyanın əksər ölkələrində 45 gündür ki, vicdanlı və təəssübkeş həmyerlilərimiz Mübariz Mənsimovun izolyasiyasından narahatdır: Hətta dünyanı ağuşuna alan koronavirus pandemiyası da Mübariz Mənsimovdan yana narahatçılığı üstələyə bilmədi. Tanınmış müstəqil jurnalist Aydın Canıyevin dediyinə görə, Mübariz Mənsimovun azadlığı Azərbaycanlı imicinin azadlığıdır! Azərbaycanın azadlığıdır-qürurudur!:

 Aydın Canıyev

"Birbaşa deyirəm:dünya... azərbaycanlının varlısını, sərbəstini və türkə mənsub olanını istəmir! Heç istəmir!

Belə bir şey olamaz ki, sən həm türk olasan, həm də sərbəst olasan – daha dogrusu səni sərbəst buraxalar!

Mübariz Mənsimov hətta talış olsa belə, Azərbaycan vətəndaşının - türkün imicidir! Bu dövlət və hakimiyyət onu qorumalıdır! Bu həbsi hətta Obama, Tramp, Putin (bu variant daha çox ağlabatandır!) sifariş veribsə belə!
Yazımda da bu barədə qeyd etmişəm ki, Azərbaycan Prezidenti ayağa durmalıdır, Qafqazın şeyxi saqqal tərpətməlidir! Sosial şəbəkələrdəki hayqırtılar, təəssübkeşliklə Mübariz Mənsimovun azadlığa qovuşmasına nail olmaq olmaz. 
Arada həqiqi düşmənlər qalacaq bir yana, həqiqətlər qalacaq bir yana, sadə adamlar düşməni tanımadan, həqiqəti bilmədən bir-biriylə düşmən olacaq! Eynulla Fətullayevin yazısına, Aslan İsmayılovun həqiqət kimi təqdim etdiklərinə, Rövnəq Abdullayevin sifarişçi olmağına qıcıqlanmaq... "obıvatel”likdir! Rövnəq Abdullayev oğlunun 2 milyonluq 1 saatı qolundan açılan biridir, 8 milyard pulu Avropada batırılan adamdır! Kimdir ki, sifarişi eşidilə? Sifarişi verəni tapmaq lazımdır, ondan xahiş etmək lazımdır!
Bax, bunu etməmək... heç bağışlanmazdır!
Biz azərbaycanlı imicini qorumalıyıq!
Azərbaycanın özgür olduğunu qorumalıyıq!
Toxunulmaz olmalıdır azərbaycanlı... nəinki Türkiyədə, Rusiyada, Amerikada, lap belə Cənubi Afrikada!
Bunun üçün çalışmaq lazımdır!
Dodi əl-Fayedin, Berezovskinin susdurulduğu dünyada maliyyə maqnatlarının savaşında nə "türk oğlu türkəm” demək, nə də xeyriyyəçilik... xilas yolu deyil!
Mən doğru yolunu dedim! Amma ən doğru yolu da var: Mübariz Mənsimov ittiham olunan suçlarda – maxinasiyalarda... bir ucu Azərbaycan, bir ucu Rusiyaya uzanan şəbəkənin yiyələrini məhkəmə zalına çıxarasan!
Doğru ilə ən doğrunun arasında elə də fərq yoxdur!"- deyə Aydın Canıyev bildirir.

Hərbi ekspert, ehtiyatda olan polkovnik -leytenant Üzeyir Cəfərov da bu məsələyə fərqli yanaşır: 

Üzeyir Cəfərov

"Şəxsən mən Türkiyə prezidenti Ərdoğanın Azərbaycan vətəndaşlarına bu qədər sayğısız və hörmətsiz, yekəxana davranmasını gözləmirdim. Bu qədər ziyalılar müraciət ünvanladı, bu qədər yazı-pozular. İndi Ərdoğan nə demək istəyir ki, bu münasibəti və hərəkəti ilə? Biz onun üçün elə belə uşaq-muşaq deyiilik yəqin. O bizləri saymırsa, vallah, öz payıma deyirəm ki, getsin rusun bir yerindən möhkəm-möhkəm yapışsın. Bu günün sabahı da var. Şəxsən müraciət edən şəxslərdən biri kimi məni də saymadığına görə, mən Ərdoğan adlı nə adamı, nə də siyasətçini 28 aprel 2020-ci il tarixindən TANIMIRAM. Kim necə istəyir elə də qəbul etsin bu qeydlərimi. Hər şeyin bir həddi-hüdudu var. Əgər siz fikirləşirsinizsə Türkiyə üçün son dərəcə çox işlər görmüş, minlərlə, milyonlarla insanın oxuması, yaşaması üçün misilsiz xidmətlər göstərmiş Mübariz Mənsimovu fiziki cəhətdən məhv edəndən sonra xoşbaxt olacaqsınız, elə düşüncəyə görə ən birinci, Allahın amansız qəzəbinə və cəzasına layiq görüləcəksiniz. Özü də tez bir zamanda. Allah hər şeyi görür. Vəzifələr və var-dövlət gəldi-gedərdi. Qalan isə, ən başlıcası, İNSANLIQDIR"-deyə hərbi ekspert Üzeyir Cəfərov belə qeyd edir.

Miq.Az saytının baş redaktoru Aqil Alışov isə Mübariz Mənsimovun şərlənərək həbs olunmasının bağışlanmaz olduğunu bildirir. Baş redaktor onu da deyir ki, bu iş adamı Azərbaycan dövlətinin düşmən üzərində qələbəsi üçün iqtisadi və mənəvi silahı idi həm də: 

Aqil Alışov
 
"Mübariz Mənsimov - Azərbaycan dövlətinin etibarlı MÜTTƏFİQİ

Sosial şəbəkələrdə və bəzi dostlardan eşitdiyim bu ifadələrlə heç zaman barışmaq zorunda qalmadım: Xalq olaraq heç vaxt öz qəhrəmanlarımızı qoruya bilmədik.  İstər müharibə, istər biznes, istərsə də elm qəhrəmanlarımızı. Döyüşən ordu formalaşdıra bilmədik. Bilirsiniz niyə? Hakimiyyətli- iqtidarlı  bu millətin övladları heç vaxt təbliğat aparmadılar ki, Azərbaycanın ən böyük müttəfiqi məhz bu dövlətin vətəndaşlarıdı. Bir müddət əvvəl yazımda da bildirmişdim bunları.

Azərbaycan dövlətinin ən böyük müttəfiqi öz vətəndaşlarımızdı, cənablar!  Amma müttəfiq yox, bəzən düşmən oldu bu ölkənin vətəndaşları bir-birinə. Tək-tək dənlənir Forbes jurnalında adı böyük hərflərlə yazılan azərbaycanlılar. Bir-bir güllələnir azərbaycanlılar, həm mənəvi, həm də cismani baxımdan. Əl saxlayın bir-birinizə qarşı, yol açmayın qardaş savaşına! 

Bəzən mənə elə gəlir ki,  Azərbaycanda Vətən anlayışı heç vaxt olmayıb. Olsaydı, Vətən adına bir səngər olardi Azərbaycanda. Yoxdu, amma əvəzində  hərənin öz səngəri var, hamısı da əleyhimizə işləyir, qarış-qarış bölmək istəyir Vətəni.

Sən savaş adamısan, Mübariz Mənsimov! 
Sən okenların ən hündür dalğalarına qalib gəlib,  Azərbaycan sevgisinə və "Palmali" imzasına sahib olan bir İMZASAN!  
Zərrə qədər sənə xələl gətirməyəcək əleyhinə yazılan qərəzli yazılar. 

Ən hündür dalğalarda üzən, dünyanın hər yerindən görünən DÜNYA Adamı!

Azərbaycan dövlətinin etibarlı MÜTTƏFİQİ sənsən, Mübariz Mənsimov!"- deyə Aqil Alışov Mübariz Mənsimov haqqında düşüncələrini belə ifadə edir.

Elmin Alışov 
Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az