Mübariz Mənsimovun şirkətinə ziyan vuran baş direktora ağır İTTİHAM

Mübariz Mənsimovun şirkətinə ziyan vuran baş direktora ağır İTTİHAM

8 il Palmali Dənizçilik şirkətinin baş direktoru vəzifəsində çalışan, 8 ay əvvəl Mübariz Mənsimov tərəfindən işdən çıxarılan Türkiyə Futbol Federasiyasının xarici əlaqələr üzrə İdarə Heyətinin üzvü Alaattin Aykaçın şirkətə aid hissə və daşınmaz əmlakları hələ də geri qaytarmadığı ortaya çıxıb. 

Qaynarinfo.Az Dəniz Xəbər Agentliyinə istinadən xəbər verir ki, şirkətin mallarını və hissələrini əmanət olaraq qəbul edən Alaattin Aykaçın onları geri qaytarmadığı, Palmali Dənizçilik şirkətində saxtakarlıqlar etdiyi və bunların üzə çıxmasından sonra "Palmali"nin sahibi Mubariz Mənsimov tərəfindən işdən qovulub. 

Məlumata görə, o, şirkətin adından qatıldığı tenderlərdə "Palmali"yə maliyyə baxımından ziyana salan addımlar atıb, rəqib şirkətlərin leyhinə tenderlərdən çəkilib.

23 il "Palmali" Dənizçilik şirkətində çalışan, 8 il baş direktor vəzifəsini tutan Alaattin Aykaç haqqında şirkətə ziyan vurmaq, şirkətin mal varlığını geri qaytarmamaq iddiası ilə məhkəməyə müraciət olunacaq.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az