Müəllimlər imtahansız işə qəbul OLA BİLƏCƏK? – Deputatdan AÇIQLAMA

Müəllimlər imtahansız işə qəbul OLA BİLƏCƏK? – Deputatdan AÇIQLAMA
Hazırda oxunan: Müəllimlər imtahansız işə qəbul OLA BİLƏCƏK? – Deputatdan AÇIQLAMA
Son günlər müəllimlərin işə qəbulu üzrə imtahanların keçirilməsinə ehtiyacın olub-olmaması cəmiyyətin müxtəlif təbəqələri arasında geniş müzakirələrə səbəb olub. Ekspert Elçin Əfəndinin imtahanların ləğvi ilə bağlı fikirləri media və ictimaiyyətin diqqətini çəkib.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov ekspertin yanaşması ilə razı olmadığını bildirib:

"Mən hesab edirəm ki, bu yanaşma doğru deyil. Müəllimlərin işə qəbulu mütləq şəkildə imtahan əsasında həyata keçirilməlidir. Biz müəllimləri təsadüfi, qeyri-müəyyən meyarlarla işə qəbul edə bilmərik. İmtahan sistemi bu prosesin şəffaf və obyektiv keçirilməsinə zəmanət verir. Əgər bu mərhələ aradan qaldırılarsa, prosesin qeyri-şəffaf və ədalətsiz olacağı qaçılmazdır. Bu səbəbdən hazırkı mərhələdə müəllimlərin imtahansız işə qəbulu düzgün yanaşma sayılmamalıdır”.

Deputat əlavə edib ki, ölkədə təhsilin keyfiyyətinin artırılması üçün müəllim seçimi ciddi və məsuliyyətli şəkildə aparılmalı, bu sahədə hər hansı güzəşt və ya imtiyaz təhsilin gələcəyinə mənfi təsir göstərə bilər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az