Müəllimlərin maaşı ilə bağlı yeni QƏRAR

Müəllimlərin maaşı ilə bağlı yeni QƏRAR
"Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə bir sıra dəyişikliklər edilib.

 

Modern.az-ın məlumatına görə, yeni dəyişiklidə ali təhsil müəssisələrinin əməkdaşlarının əməkhaqları ilə bağlı müddəa yer alıb.

 

Belə ki, universitet əməkdaşlarının əməkhaqlarının məbləğinə (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) həmin ali təhsil müəssisəsinin rektoru qərar verəcək 

 

Rektor, həmçinin universitetin yalnız xərclər smetasını deyil, gəlirlərini təsdiq edəcək.

 

Qeyd edək ki, qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az