“Müharibə olacaq- Ermənistanın bərpasının yeganə yolu budur...”

“Müharibə olacaq- Ermənistanın bərpasının yeganə yolu budur...”

"Dinc bir dövr olmayacaq, birtərəfli sülh olmayacaq. Mən indi də deyirəm ki, müharibə olacaq, müharibəyə hazırlaşmalıyıq. Burada yaşamağımızın, Vətənimiz Ermənistanın bərpası və qalib dinc həyatın yeganə yolu budur. Bütün digər hallarda sözdə sülh - manipulyasiyadır”.
 
Moderator.az xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyanın sabiq müşaviri, "Beynəlxalq İnsan İnkişafı” mərkəzinin rəhbəri, politoloq Tevan Poqosyan qəsbkar ölkənin "168 TV” kanalının "Reviev” proqramının efirində  söyləyib.
 
"Azərbaycanın təsəvvüründə sülh bütün ermənilər öldükdə olacaq. Qəbiristanlıqda da əmin -amanlıq var, amma mənim fikrimcə, sülhü qələbə ilə qazanmaq lazımdır"-deyə üzdəniraq politoloq böhtan dolu sərsəm fikirlər səsləndirib.
 
Sultan Laçın
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az