Müvəqqəti ölkə xaricində olan şəxslərin də qeydiyyatını konsulluq aparacaq

Müvəqqəti ölkə xaricində olan şəxslərin də qeydiyyatını konsulluq aparacaq
Nazirlər Kabineti "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.

"Report” xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
Dəyişikliyə görə, ölkə hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarından savayı, müvəqqəti ölkə xaricində olan şəxslərin də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri tərəfindən aparılacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az