Mövqelərimiz və mülki obyektlər atəşə tutulur - Kiyev

Mövqelərimiz və mülki obyektlər atəşə tutulur - Kiyev
Beynəlxalq tərəfdaşları Donbasda Rusiyanın təxribatlarını pisləməyə çağırırıq.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

"Biz Rusiya Federasiyasının kütləvi dezinformasiya kampaniyasına başlamasını, Minsk razılaşmaları ilə qadağan olunmuş silahlarla Ukraynanın mövqelərini və mülki infrastrukturu atəşə tutmasını, təhlükəsizlik vəziyyətini gərginləşdirməsini izləyirik. Biz beynəlxalq ictimaiyyəti - xarici dövlətləri və beynəlxalq təşkilatları Rusiyanın və onun Donbasdakı işğalçı administrasiyalarının siyasi və diplomatik həll prosesinə mane olan təxribatlarını dərhal pisləməyə çağırırıq”, - bəyanatda qeyd olunub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az