Narkotacirlə əlbir olan 3 polis DİN-dən qovuldu - Kapitan, baş leytenant...

Narkotacirlə əlbir olan 3 polis DİN-dən qovuldu - Kapitan, baş leytenant...
Şirvan şəhərində üç polis əməkdaşı daxili işlər orqanlarından xaric ediliblər.

Miq.az qafqazinfo-ya istinadən xəbər verir ki, polis əməkdaşları barəsində Şirvan şəhər sakini, keçmiş məhkum Anar Həsənovun ifadəsi əsasında araşdırma başlayıb. 
Məlum olub ki, baş leytenant  Əvəz İmanov, kapitan Orman İmanov və polis serjantı Rauf Nərimanovun narkoticarətlə məşğul olan A.Həsənovla işbirliyi olub. Adıçəkilən hüquq-mühafizə xidməti işçiləri həbs olunan zamanı A.Həsənova "himayədarlıq" etmədikləri üçün o, "qisas" almaq məqsədi ilə əlindəki sübutları polisə təqdim edib. Səs yazıları və görüntülər əsasında rayon polisləri istintaqa cəlb ediliblər. Narkotacirlə işbirlikləri sübuta yetirilən hər üç polis əməkdaşı vəzifələrindən azad ediliblər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az