Natiq Cəfərli: "İlk dəfə idi ki, səs vermək üçün 15-20 dəqiqə növbə gözlədim, seçici aktivliyi məni yaxşı mənada təəccübləndirdi və sevindirdi"
"Gedib öz seçki bülletenimə sahib çıxdım, səs verdim, ilk dəfə idi ki, səs vermək üçün 15-20 dəqiqə növbə də gözlədim, seçici aktivliyi məni yaxşı mənada təəccübləndirdi və sevindirdi. Bəli, sevindirdi, çünki seçicilərin aktiv olması gələcək səsvermələr üşün çox vacibdir".
Miq.az-ın xəbərinə görə, bunu REAL Partiyanın funksioneri Natiq Cəfərli bildirib.
"İlqar Məmmədov demiş, bu gün baş verən seçki keçmişimiz, tariximizin gəlmiş-keçmiş ən böyük probleminin həlli haqqındadır. Bu gün seçici aktivliyi də Qarabağ kontekstindədir. Gələcəyimizlə, məmləkətin sabahı ilə bağlı seçki isə yaxın aylarda baş tutacaq Parlament seçkiləri olacaq - o zaman bilinəcək ki, məmləkət qaranlıq dünəndəmi qalacaq, yoxsa işıqlı, sivil, rifah gətirən sabahamı addım atacaq. Bu günün seçici aktivliyini Parlament seçkilərinə daşımaq üçün hər şey etməliyik ki, sabahımız aydınlansın", - o qeyd edib.