Vətəninfo.az xəbər verir ki, Qars-Gümrü-Naxçıvan dəmir yolu layihəsi üzərində əsas işlər Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi yekunlaşdıqdan sonra başlayacaq. Bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov AzərTAc-a müsahibəsində deyib. QSC sədrinin sözlərinə görə, bu, strateji layihədir və Naxçıvanla Bakı arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması deməkdir.
Artıq Qars-Naxçıvan dəmir yolunun layihələndirilməsi tapşırığı verilib. Bununla əlaqədar Nəqliyyat Nazirliyi nümayəndələrinin iştirakı ilə xüsusi komissiya yaradılıb. A.Əsgərovun sözlərinə görə, Qarsdan Türkiyə-Azərbaycan sərhədinədək olan təqribən 230 kilometr məsafədə yeni dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur. Həmçinin yolun Naxçıvan hissəsində də təqribən 10 kilometrə yaxın dəmir yolu xətti tikilməlidir. Bu, mövcud dəmir yolu xəttini Sədərəyə qədər uzatmağa imkan verəcək. Layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasının dəmir yol sistemi də yenidən qurulacaq.
Vətəninfo.az
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi” - Aqil Abbas
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi