Naxçıvanda gecə döyüşü: Erməni hərbçi məhv edildi

Naxçıvanda gecə döyüşü: Erməni hərbçi məhv edildi

Azərbaycan və Ermənistan qoşunlarının Naxçıvan istiqamətindəki (Ermənistanın Vayots-Dzor rayonu ilə sərhəddə) təmas xəttində bir neçə saat öncə snayper atəşi ilə 25 yaşlı erməni muzdlu döyüşçü Aram Ohanyan məhv edilib.
 
Virtualaz.org bildirir ki, bu barədə məlumatı 1in.am saytı verib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bu məlumatı erməni KİV-nə təsdiqləyib.

Qeyd edək ki, bir neçə saat bundan əvvəl Ermənistan Silahlı Qüvvələrinin dördüncü ordu korpusunun komandanı, general-mayor Andranik Markaryan Naxçıvan istiqamətində genişmiqyaslı döyüş əməliyyatlarının başlanmasını istisna etməmişdi.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az