Nazarbayov liderləri Qazaxıstana dəvət etdi

Nazarbayov liderləri Qazaxıstana dəvət etdi

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev xarici ölkələrin nümayəndə heyətlərini dünya dinlərinin və ənənəvi dinlərin liderlərinin bu ilin iyununda Astanada keçiriləcək V qurultayına dəvət edib.

 Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bunu ölkədə akkreditə olunmuş diplomatik korpus ilə görüşündə bəyan edib.

Qazaxıstan dövlətinin başçısı fevralın 17-də diplomatlar qarşısında çıxışında deyib: “Qazaxıstan sivilizasiyalararası və dinlərarası dialoqun inkişafına öz töhfəsini verir. Bizim təşəbbüsümüzlə keçirilən dünya dinlərinin və ənənəvi dinlərin liderlərinin qurultayı hamı tərəfindən qəbul edilən beynəlxalq dialoq meydanına çevrilib. Sizin ölkələrin nümayəndə heyətlərini bu ilin iyununda Astanada keçiriləcək V qurultaya dəvət edirik”.

Qazaxıstan Prezidenti vurğulayıb ki, terrorizmin qlobal problemə çevrilməsi bu gün heç kimdə şübhə doğurmur və bütün dünya birliyi ona qarşı mübarizə aparmalıdır.

Prezident deyib: “Qazaxıstan terrorizmin və ekstremizmin hər hansı təzahürünü qətiyyətlə pisləyir və bütün ölkələrin bu şər qüvvəyə qarşı qlobal mübarizəsində iştirak edir. Biz bu təhlükəyə qarşı mübarizədə beynəlxalq birlik ilə qarşılıqlı əlaqələrimizi gücləndirməyə hazırıq”.

N.Nazarbayev sonda deyib: “Ekstremizm tərəfdarları bizə məhvedici ideologiyalar sırımağa çalışırlar. Biz ekstremizmə yalnız möhkəm mədəniyyətlərarası, dinlərarası dialoq əsasında müqavimət göstərə bilərik. Qazaxıstan 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürüb. Bununla da ölkəmiz başqa dövlətlərin dəstəyi ilə ümumi sülh işinə öz töhfəsini verə biləcək”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az