Nazir bu il pensiyaya çıxacaq şəxslərlə bağlı vəziyyətə aydınlıq gətirdi

Nazir bu il pensiyaya çıxacaq şəxslərlə bağlı vəziyyətə aydınlıq gətirdi

"2019-cu ildə pensiyaya çıxacaq şəxslərin 70 faizinin pensiya təminatı avtomatlaşdırılmış formada həyata keçiriləcək".

Miq.Az "Report"a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərəfindən keçirilən "Azərbaycan sosial müdafiə sisteminin inkişafı: dünən, bugün və sabah" mövzusunda beynəlxalq elmi-praktik konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. 

O bildirib ki, 2019-cu ildən Azərbaycanda pensiya yaşı tamam olan, pensiya hüququ qazanan şəxslərin 70 faizi heç bir sənəd toplamadan, heç bir idarəyə getmədən doğum günündə pensiya təyinatını alacaqlar: "Ya sms, ya email, ya da məktub vasitəsilə onlara bu barədə məlumat veriləcək. Onlara pensiyalarının məbləği, hansı bankdan kartlarını götürə biləcəkləri barədə məlumat veriləcək. Gələn il digər 30 faiz güzəştli şərtlərlə pensiyaya çıxan şəxslərlə bağlı da qanunvericilik bazasının hazırlayacağıq".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az