Nazir Çevik Polis Alayının qərargah rəisini işdən çıxartdı

Nazir Çevik Polis Alayının qərargah rəisini işdən çıxartdı

Çevik Polis Alayının qərargah rəisi, polis polkovniki Elnur Kərimov tutduğu vəzifədən azad edilib.

Axar.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb

Əmrə əsasən, o, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.

Nazirin digər əmrinə əsasən, Çevik Polis Alayı (ÇPA) komandirinin birinci müavini polis polkovnik-leytenantı Ramil Priyev ÇPA qərargah rəisi vəzifəsinə təyinat olub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az