Nazir getdi, müəmmalı yoxlama başa çatdı: Nə nazirlikdən gələn var, nə də...

Nazir getdi, müəmmalı yoxlama başa çatdı: Nə nazirlikdən gələn var, nə də...

Mədəniyyət Nazirliyinin Kukla Teatrında apardığı yoxlama başa çatıb.


Bu barədə Qaynarinfo-ya açıqlamasında Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədov deyib. Direktor bildirib ki, nazirliyin apardığı yoxlama ilə bağlı teatra akt verilməlidir:

"Bir həftədən çoxdur ki, nazirlikdən teatra gələn yoxdur. Yoxlama ilə bağlı sonda akt yazılmalı və onu bizə bildirməlidirlər. Amma hələ bu günə kimi aktdan bir xəbər yoxdur, gözləyirik”.

Qeyd edək ki, bir aya yaxındır, Mədəniyyət Nazirliyi Kukla Teatrında yoxlamalara başlayıb. Teatrın rejissoru Səidə Haqverdiyeva Qaynarinfo-ya açıqlamasında Mədəniyyət Nazirliyini tənqid edəndən sonra nazirlik sözügedən teatr ocağına yoxlama təyin edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az