Nazir iki şəxsi müavin vəzifəsinə təyin etdi

Nazir iki şəxsi müavin vəzifəsinə təyin etdi
Bu barədə nazir Sahil Babayev əmr imzalayıb. 

Xatırladaq ki, Azər Əliyev 10 yanvar 2023-cü il tarixində DOST Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. 2015-2016-cı illərdə Nazirlər Kabineti yanında "İçərişəhər" DTMQ İdarəsində idarə rəisinin köməkçisi (1-ci dərəcə dövlət qulluqçusu), 2016-2017-ci illərdə "İnter" Peşəkar İdman Klubunun prezidenti, 2017-2022-ci illərdə "Atəşgah" Sığorta Şirkətinin İdarə Heyətinin sədri, "Azərbaycan Sığortaçılar Assosiyasiyası"nın Müşahidə Şurasının sədri və İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədr müavini vəzifələrində fəaliyyət göstərib. 

Nazir Sahil Babayevin digər bir əmri ilə isə Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə sabiq prorektoru Elçin Süleymanov vəzifəyə təyin olunub. Ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri müavini vəzifəsi həvalə olunub. 

Xatırladaq ki, Elçin Süleymanov ötən ilin dekabr ayında elm və təhsil naziri Emin Əmrullayev tərəfindən vəzifəsindən azad olunub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az