Nazir müavini qaçırıldı

Nazir müavini qaçırıldı
İraq Ədliyyə nazirinin müavini Əbdülkərim Faris Bağdadın şimal-şərqində silahlı şəxslər tərəfindən qaçırılıb.
Polisdən verilən məlumata görə, nazir müavininin avtomobili silahlılar tərəfindən mühasirəyə alınıb. Dövlət rəsmisi zorla avtomobildən endirilərək yaraqlıların avtomobilinə mindirilib və naməlum istiqamətə aparılıb. Farislə bərabər, nazirliyin maliyyə və inzibati işlər müdiri də silahlı şəxslər tərəfindən qaçırılıb.
Hadisə zamanı nazir müavininin sürücüsü ağır yaralanıb.
İraq Daxili İşlər Nazirliyi faktı təsdiq etsə də, ətraflı məlumat verməyib.
Axar.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az