Nazir polisə ƏMR VERDİ: "Harda görsən, ayağını qır!"
Türkiyədə nazir polisə: Narkotik satanı harda görsən, ayağını qır!
Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu polislərə deyib ki, məktəblərə yaxın yerlərdə tapdıqları narkotik satıcılarının ayaqlarını qıra bilərlər. O belə bir çağırışa görə tənqid olunub.
Türkiyə İnsan Haqları Assosiasiyası (İHD) və sekulyar müxalifət qəzeti Cumhuriyet cənab Soylunu, cinayət törədilməsinə təhrik etməkdə təqsirləndiriblər.
Süleyman Soylu dediklərinə məsuliyyət daşıyacağına vəd edib:
"Məktəb ətrafında bir narkotik satıcısını gördüyümüzdə, məni nə qədər qınayırlarsa qınasınlar, nə qədər tənqid edirlərsə etsinlər, o narkotik satıcısının ayağını qırmaq polisin vəzifəsidir. Günahını mənim üstümə qoyun. Bunun cəzası nədirsə, 5 il içəridə yatmaqdırsa, 10 il içəridə yatmaqdırsa yataram, 20 il içəridə yatmaqdırsa yataram."
Miq.Az