Nazirdən devalvasiya ilə bağlı açıqlama

Nazirdən devalvasiya ilə bağlı açıqlama
Son 5 ildə devalvasiya ilə bağlı risklər görməmişik.

Axar.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir deyib ki, 2015-ci ildə Azərbaycanda devalvasiya yaşanıb:

"O zaman baxsaq ki, Dövlət Neft Fondundan nə qədər pulumuz var idi və bu vəsaitdən nə qədər istifadə edirdik, bugünkü rəqəmlərlə müqayisə edilmir. Hazırda xərc siyasətimiz çox məsuliyyətlə həyata keçirilir”.
 
****
 
Maaşların gəlir vergisinə cəlb edilməsi... - Nazir

İqtisadiyyat naziri Mikayıl Cabbarov gələn ildən gəlir vergisinin tətbiqi ilə bağlı qərarı əsaslandırıb.

APA xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri deyib ki, 1 yanvar 2026-cı ildən gəlir vergisi ilə bağlı güzəştin vaxtı bitir.

"Güzəştin sosial iqtisadi məqsədlərinə əsasən nail olunduğunu, habelə əmək bazarının rəsmiləşdirilməsi sahəsində əldə edilmiş nailiyyətləri qorumaq və daha da artırmaq üçün vergi inzibatçılığı kifayət qədər gücləndirilməsini nəzərə alaraq, eyni zamanda leqallaşma prosesinin davam etməsinə münbit şərait yaradıb qorunması, o cümlədən daha aşağı gəlirlilərə aşağı vergi yükünü müəyyən etmək üçün qeyri-neft qaz özəl sektorunda da əmək haqqılarını tədricən mərhəlili şəkildə vergiyə cəlb edilməsi barədə təkliflər təqdim edilib”, - deyə nazir bildirib.
 
****
 
SOCAR-da hərc-mərclik var idi - Nazir
"SOCAR-da hərc-mərclik də var idi, qeyri-səmərəlilik də”.

Modern.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

Nazir qeyd edib ki, SOCAR-ın son 5 ildə xalis mənfəəti təxminən 2 dəfədən çox artıb.

"Vergi məbləğinin ödənilməsi ilə bağlı olan şərhlər yalnış mülahizədir. Bu məlumatlar açıqdır. Yanaşma belə oldu ki, müəssisə sadəcə olaraq yalnız mənfəət vergisini ödəyir. Bu, belə deyil.

Müəssisə tərəfindən ödənilən vergilər müxtəlif növ vergilərdən ibarətdir. Ona görə də, dövlət müəssisələrinin optimallaşdırılması hər zaman dövlətin aidəyyəti strukturlarının diqqətində bundan sonra da olacaq. Yəni hansısa şirkətin, o cümlədən, SOCAR-ın fəaliyyətinə dair sual varsa, onlar SOCAR-a ünvanlanmalıdır”, - nazir bildirib. 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az