“Nazirlər hamısı korrupsiya ilə məşğuldur” - Tanınmış vəkildən sərt ittihamlar

“Nazirlər hamısı korrupsiya ilə məşğuldur” - Tanınmış vəkildən sərt ittihamlar
"Azərbaycanda yüksək vəzifədə işləyən əksər şəxslər korrupsiya ilə məşğuldur”.

Miq.az BakiPost.az-a istinadən  xəbər verir ki, bu ittihamları hüquqşünas Müzəffər Baxışov sabiq yüksək və texnologiyalar naziri Əli Abbasovun aylıq 300 000 manat xərcləməsinə münasibət bildirərkən səsləndirib. O bildirib ki, nazirlərin əldə etdiyi qanuni vəsaitlə gəlirləri və xərcləri uyğunsuzluq təşkil edir: "Onların əldə etdiyi vəsaitlər, malik olduqları əmlaklar real əldə etdikləri vəsaitlərlə, maaşlarıyla uyğun gəlmir. Bu barədə MTN olayından sonra həbs edilənlərin ittiham aktında da yazılıb.

Konkret bir nazir vəzifəsində işləyən şəxs xərclədiyi vəsaiti, malik olduğu əmlakları qeyri-qanuni yolla əldə edir. Çünki nazirin əmək haqqı 1500 manatdır. Bu məbləğlə 20 milyonluq villa tikmək, 50 villaya sahib olmaq qeyri mümkündür. Belə olan halda bunun mənbəyinin korrupsiya olduğu ortaya çıxır.
 
Düşünürəm ki, bütün yüksək vəzifədə işləyən şəxslərin həyat şəraitini, həyat tərzini araşdırmaq lazımdır. Məmurların həyat şəraiti araşdırıldıqdan sonra ittiham irəli sürmək olar”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az