Nazirlik: Sonuncu dəfə belə isti hava 2012-ci ildə olub

Nazirlik: Sonuncu dəfə belə isti hava 2012-ci ildə olub
Dünən Bakıda və Abşeron yarımadasında günorta saatlarında müşahidə edilən temperatur iqlim normasından 2 dərəcə yüksək olub

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, sonuncu dəfə aprelin 9-da Bakıda və Abşeron yarımadasında belə isti hava şəraiti 2012-ci ildə müşahidə edilib. Lakin həmin zaman qeydə alınan temperatur dünənki temperaturdan da yüksək olub.
A.Verdiyev dünənki isti, eləcə də bugünkü soyuq hava şəraitinin aprel ayı üçün xarakterik olduğunu, ayrı-ayrı illərdə belə halların müşahidə edildiyini və anomal hesab edilmədiyini söyləyib:"Aprel ayında bundan da isti günlər olub. Havanın dünənki istidən sonra belə soyuması aprel ayı üçün xarakterik olan bir haldır. Apreldə belə dəyişkən hava şəraiti tez-tez müşahidə edilir”.
Qeyd edək ki, dünən Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 21 dərəcəyədək isti qeydə alınıb.
Bu gün havanın temperaturunun gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az