Necdət Özəl qaçır-Suriyaya girməkdən

Necdət Özəl qaçır-Suriyaya girməkdən

Vətəninfo.az xəbər verir ki. qardaş Türkiyədə keçirilən parlament seçkilərindən sonra, hələlik yeni kolisiyon hökümətin formalaşmaması ilə yanaşı,eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin Suriyaya girməsi məsələsi də hələlik gündəmin əsas müzakirələrindəndir.


Məlumata görə, TSQ-nin Qərargah rəisi ordu generalı Necdət Özəl ordunun Suriyaya girməsi məsələsində məsuliyyəti üzərindən atmağa çalışır.
Məlumata görə, bir müddət əvvəl də ordunun Suriyaya girməsi məsələsi gündəmə gəlmiş,amma Özəl xəstəliyini bəhanə edərək müalicə adı ilə prosesə bir müddət ara verilməsin istəyib. Elə bu səbəbdən də TSQ-nin Suriyaya girməsi məsələsi seçkilərdən öncə baş tuta bilməyib. Seçkilər başa çatdığından Suriya məsələsi yenidən gündəmə gəlib və Özələ qarşı təyziqlər artmağa başalyıb.  Anakardakı siyasi dəhlizlərdə səsələnən fikir ondan ibarətdir ki, Özəl Suriyaya qarşı keçirilməsi nzərdə tutulan prosesə yeni ordu qərargah eəisi rəhbərlik eləsin. Əgər Özəl yeni ordu qərargah rəisi seçilənə qədər ona qarşı təyziqlər artacağı təqdirdə istefa belə edəcəyi ilə bağlı üstüörtülü mesajlrını mövcud hakimiyyətə çatdırıb. Məlumata görə, ölkədə yeni hökumət hələlik formalaşmadığından mövcud iqtidar da hansı komutanın Suriya msələsində əlini daşın altına qoyub.bu əməliyata rəhbərliyi üzərinə götürəcəksə,o komutanında TSQ-nin OQ rəisi təyin olunmasın istəyir
Məluamta görə, Türkiyənin hazırkı iqtidarı TSQ-nin Suriya sərhədlərindən içəriyə girməsində qərarlıdır və rəsmi Ankara hesab edir ki, Cerablusa girilməsi ilə təqribən  90 kilometrlik bir təhlükəsizlik xətti formalaşdırılmasın planlaşdırır. “Mare” xətti adı verilən bu 90 kilometrlik Cerablus istiqamətindən başlayır və Hələb qədər uzanır. Bu ərazinin  formalaşdırılması ilə Türkiyə “Öncüpınar” və “Cilvəgözü”  Sərhəd keçid məntəqələrinində İŞİD-in əlinə geçməsini əngəlləmiş olacaq. TSQ bu xətti qoruyarkən 10 kilometrə qədər də Suriya sərəhdlərinin içərisinə girəcək. Suriyadan Türkiyəyə hər gün üz tutan köç dalğası da plana görə bu formalaşdırılacaq təhlükəsizlik kalidorunda qarşılanmaqla yanaşı,eyni zamanda da müəyyən qüvvələr tərəfindən Kürdüstan dövlətinin yaradılması üçün palanlaşdırılan Kürd kalidorunun da qarşısı alınmış olacaq. Amma görünən budur ki, Necdət Özəl dövlətin həyata keçirmək istədiyi bu planın həyata keçirilməsi prosesindən tərəddüd edir və o bu palana rəhbərlik məsələsin ordunun rəhbəri olaraq boynundan atmağa çalışır.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az