Nərgiz Paşayeva akademik oldu

Nərgiz Paşayeva akademik oldu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilərin nəticələri məlum olub.

Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, səsvermə nəticəsində akademiyaya 26 həqiqi və 50 müxbir üzv seçilib. AMEA-nın müxbir üzvlüyünə seçilənlər arasında filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın da adı var.

O, “Ədəbiyyatşünaslıq” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.

Qeyd edək ki, Nərgiz Paşayeva 13 dekabr 1962-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1986-cı ildə "M.Sabirin novatorluğu" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək 1987-ci ildə filologiya elmləri namizədi, 2004-cü ildə "Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki" (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında) mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. 1987-ci ilin mart ayından BDU-nun filologiya fakültəsinin "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında (2004-cü ildən adı "Klassik Azərbaycan ədəbiyyatı" kafedrasına dəyişdirilib) assistent, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 2005-ci ildən "Klassik Azərbaycan ədəbiyyatı" kafedrasının professoru və müdiridir. 1994-cü ilin oktyabr ayından Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının "Dil və ədəbiyyat" kafedrasının professoru və müdiridir. 2006-cı ildən BDU-da fəaliyyət göstərən filologiya elmləri doktoru və namizədlik dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının (D.02.181) sədridir. 2006-2008-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ilin iyun ayından M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəhbəridir. 3 monoqrafiyanın, 4 kitabın dərsliklərin, elmi və dövri mətbuatda çapdan çıxan onlarla məqalənin müəllifidir. Özəl "ÜNS" yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri, "Azərbaycan mədəniyyətinin dostları" xeyriyyə fondunun İdarə heyətinin üzvü, "Azərbaycan-İrs" jurnalının ədəbi şöbəsinin redaktoru, İngiltərə-Azərbaycan cəmiyyətinin həmsədridir. Ölkənin birinci xanımı Mehriban Əliyevanın bacısı, rəssam Altay Sadıxzadənin həyat yoldaşıdır.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az