Novruz Məmmədov sülh planının detallarını açıqladı

Novruz Məmmədov sülh planının detallarını açıqladı

"Azərbaycan torpaqlarının qaytarılmasının vaxtı çatıb. Bütün danışıqların da mahiyyəti budur. Madrid prinsiplərində də göstərilir ki, ilk mərhələdə 5 rayon azad olunsun, ərazi minalardan təmizlənsin, köçkünlər qayıtsın. İkinci mərhələdə Laçın dəhlizinin formatı müəyyənləşsin, Laçın və Kəlbəcər qaytarılsın”.

 

APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işləri naziri Sergey Lavrovun Ermənistana son səfərindən sonra yayılan məlumatlara münasibət bildirən Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. N. Məmmədov bildirib ki, Madrid prinsiplərində sülhməramlı qüvvələrin yerləşdirilməsi də nəzərdə tutulur:

 

"Nizamlanmada məcburi köçkünlərin Dağlıq Qarabağa qaytarılması, sonrakı mərhələdə Azərbaycan Konstitusiyası çərçivəsində referendumun keçirilməsindən söhbət gedir. Təəssüf ki, Qərb dövlətlərindən tam ədalətli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun mövqe görməmişik. Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqelərində də bu müşahidə olunur. Ədalətli yanaşma olmayanda isə nizamlanmada ciddi problem yaranır”.

 

`Azərbaycan və Ermənistan Prezidentlərinin görüşü barədə qərar hələ qəbul olunmayıb` - deyən N.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, rəsmi Bakı görüşlərdən yayınmır və görüşməyə hazırdır:

 

`Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə doğru hər hansı addım üçün şəraitin yaradılacağına dair əminliyin olması lazımdır. ATƏT-in Minsk qrupunun həmsədrləri belə görüşü cari ildə təşkil etməyə çalışırlar. Belə görüş baş tutsa, biz görüşdən bir neçə gün əvvəl məlumat verməyə çalışacağıq. Bu gün konkret heç nə deyə bilmərəm”.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az