ABŞ prezidentinin qızları, Sasha və Malia Şükranlıq günündə keçirilən tədbir vaxtı hörmətsizlik və zövq çatışmazlığının nümayişində qınanıblar.
Vətəninfo.az BBC-yə istinadən xəbər verir ki, Prezidentin qızlarını Respublikaçı konqresmen Stefen Finçerin kommunikasiya departamentinin rəhbəri Elizabet Lauten öz Facebook səhifəsində tənqid edib. Ardınca da işlətdiyi acı sözlərinə görə üzr istəyib.
O, Facebookda qızların Şükranlıq günündəki hindtoyuğunun ənənəvi əvf etmə mərasiminə qısa ətəklərdə gəlməsini tnqid edib.
Xanım Lauten qeyd edib ki, mərasim vaxtı atalarının yanında duran 16 yaşlı Malia və 13 yaşlı Saşanın darıxdıqlarını görmək olardı. Həmçinin o, bacıların geyiminin yalnız bara layiq olduğunu yazıb.
"Birinci Ailənin üzvləri olan qızlar onlara ayrılan rola hörmət göstərməli idilər", Elizabet Lauten əlavə edib.
Facebook səhifəsindəki şərhlər sosial şəbəkələrdə geniş reaksiya doğurub. Bundan sonra Elizabet Lauten üzr istəyərək öz postunu silib.

Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib