Oğlunun gözü qarşısında baltalanan qadının görüntüləri yayıldı – FOTO – VİDEO

Oğlunun gözü qarşısında baltalanan qadının görüntüləri yayıldı – FOTO – VİDEO
Hadisə Ucar rayonunun Qaracallı kəndi ərazisində baş verib.

Miq.az  "ARB TV”-yə istinadən xəbər verir ki, Bağbanlı kənd sakini, 61 yaşlı Məhərrəm Mahmudov ailə münaqişəsi zəminində arvadı 51 yaşlı Şamama Mahmudovanın bel və baş nayihələrinə balta ilə bir neçə zərbə vurub.

Hadisə Şamam Mahmudovanın atası evində, 16 yaşlı oğlunun gözü qarşısında baş verib. Ağır vəziyyətdə olan qadın Ucar rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Ucar rayon polis şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törədən Məhərrəm Mahmudov saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az