Onlar vəzifəsiz qaldı - Sabiq deputatın oğlu, prorektorun qardaşı...

Onlar vəzifəsiz qaldı - Sabiq deputatın oğlu, prorektorun qardaşı...
Xəbər verdiyimiz kimi, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi ləğv edilərək, yerində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Agentliyin sədri isə "Meliorasiya və Su Təsərrüfatı"nın sədri Zaur Mikayılov təyin edilib. 

Qaynarinfo-nun məlumatına görə, FHN-nin Su Ehtiyatları Agentliyindən 3, "Azərsu”dan 5, "Meliorasiya və Su Təsərrüfatı" ASC-dən 2 əsas vəzifəli şəxs vəzifəsini itirib. 

Rafiq Sabir oğlu Aslanov - 2006-cı ildən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini olub. ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin əsas kadırlarından sayılır. 

Zakir Quliyev - 2006-cı ildən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin  sədr müavini olub. Sabiq sədr Əhməd Əhmədzadənin əsas kadırlarından sayılır. 

Teyyub Cabbarov, Etibar Məmmədov, Köçərli Həsənov, Seymur Seyidov, İlqar Tağıyev uzun illərdir "Azərsu” ASC-nin sədr müavinidirlər. Onların əksəriyyəti ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun əsas kadırlarından hesab olunur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az