Onların rahat səs verməsi üçün... – MSK sədri

Onların rahat səs verməsi üçün... – MSK sədri
Tələbələrin parlament seçkilərində rahat səs verməsi üçün addımlar atmalıyıq.

Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, parlament seçkiləri ilə bağlı maarifləndirmə aparılmalıdır:

"Bu proses xüsusilə gənclər və tələbələrlə həyata keçirilməlidir. Nəzərə almalıyıq ki, tələbələrin tətil dövrüdür. Onların rahat səs verməsi üçün müvafiq addımlar atmalıyıq".
 
***
 
Parlament seçkiləri ilə bağlı maarifləndirmə işləri aparmalıyıq, xüsusən də tələbələrin səsverməsi üçün tədbirlər görməliyik, çünki onlar yay tətilinə gedirlər.

 

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

 

O qeyd edib ki, bu dəfə də seçkilərdə tələbələrin səsverməsi ilə bağlı müvafiq addımlar atmalıyıq.

 

"Tələbələr müxtəlif yerlərə gedə bilərlər. Ona görə də tələbələrin seçkilərdə iştirakını təşkil etməliyik. Bakıda yaşayan tələbələrin vəziyyəti məlumdur, ancaq regionlarda yaşayan tələbələr yəqin ki, valideynlərinin yanına gedəcək. Ona görə də onların hamısın qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin etməliyik ki, onlar harada olurlarsa olsunlar səs verə bilsinlər”, - deyə o, əlavə edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az