Onu çox yaxşı tanıyıram, gedib görüşəcəyəm - Abıyev yeni başçı haqda

Onu çox yaxşı tanıyıram, gedib görüşəcəyəm - Abıyev yeni başçı haqda
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Orxan Abbasovun Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsiylə bağlı sərəncam imzalayıb.
Bu təyinatla bağlı Bakupost.az -a fikirlərini açıqlayan Daşkəsən rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Əhəd Abıyev Orxan Abbasovla tanış olduğunu bildirib.
"Orxan müəllimi çox yaxşı tanıyıram, ona böyük hörmətim var. O, təhsil, sonra isə iqtisadiyyat sahəsində çalışıb. Gənc, təcrübəli, savadlı və bacarıqlı adamdır. Ona yeni vəzifəsində uğurlar arzu edirəm. Çox gözəl, yerində olan kadrdır”, - deyə sabiq icra başçısı vurğulayıb.
Ə.Abıyev Daşkəsənə gedib Orxan Abbasovla görüşəcəyini də deyib:
"İşdən çıxandan sonra Daşkəsənə getməmişəm. İndi Orxan müəllim gəlib, gedib görüşüb təbrik edərəm. Orxan işgüzar kadrdır”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az