Ordumuz düşmənə qarşı “cəhənnəm silahını” işə saldı

Ordumuz düşmənə qarşı “cəhənnəm silahını” işə saldı

Ermənilərin hərbi obyektlərinə ağır zərbələr endirilib.

Azərbaycan ordusu erməni işğalçılarının Silahlı Qüvvələrimizin mövqelərinə əks-hücumlarından müdafiə olunmaq məqsədilə düşmənin hərbi obyektlərinə qarşı "TOS-1A” "Solntsepyok” ağır reaktiv odsaçanlardan istifadə edib.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bildirib.

Qeyd edək ki, Azərbaycan Rusiyadan aldığı bu silahdan ilk dəfədir ki, hərbi əməliyyatlarda istifadə edir.

Yüksək dağıdıcı gücünə, hədəfləri dəqiq məhv etmək imkanlarına görə bu odsaçanlar həm də "cəhənnəm silahları” kimi tanınırlar.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az