“Mən buna Bakının Moskvaya nümayiş etdirdiyi kifayət qədər ifadəli demarş deyərdim”
Azərbaycanın öz ordusunu “Kalaşnikov” avtomatlarının yerinə israilin “Tavor” avtomatları ilə silahlandırması Rusiyanın Qəbələ RLS-in icarə haqqını artırmaq istəməməsinə cavabdır. “Vətəninfo.az”ın “Rusiyanın səsi”nə istinadən verdiyi xəbərə görə, bu barədə nüfuzlu ekspert-konfliktoloqları rəy veriblər: “Mən buna Bakının Moskvaya nümayiş etdirdiyi kifayət qədər ifadəli demarş deyərdim. Məlumdur ki, Moskva Azərbaycanın hələ sovet dövründə Azərbaycan ərazisində tikilən Qəbələ RLS-in icarə haqqını artırmaq təklifindən dəfələrlə imtina edib. Əlbəttə, bu da Bakının narazılığına səbəb olub”.
Məqalədə o da vurğulanır ki, söhbət sadəcə olaraq Azərbaycanın “Tovar” avtomatlarını almasından deyil, bu silahları istehsal etmək üçün burada zavodun tikintisindən söhbət gedir: “Bir halda ki, Azərbaycan ordusunun adi hissələrinin “Tovar” avtomatları ilə silahlandırılması suallar yaradır, Bakının digər motivləri haqda düşünmək lazım gəlir. Sirr deyil ki, yaxın gələcəkdə Azərbaycanla sərhəddə olan İrana ABŞ və İsrail tərəfindən hücum oluna bilər” .
Nəşr yazır ki, Bakı və Təl-Əviv arasındakı hərbi-texniki əməkdaşlığın tutumu bu baxımdan Azərbaycanın münaqişədə kimin tərəfini tutacağını birmənalı şəkildə nümayiş etdirir.
Qeyd edək ki, TAR-21 (XXI əsrin “Tavor” hücum silahı) Israel Military Industries konserni tərəfindən buraxılan 5,56 mm. kalibrli müasir avtomatdır və 15 ölkənin silahlandırılmasında istifadə edilir.
"Qafqazinfo"
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”