Ordumuzun Kəlbəcərdəki təlimi bunun mesajı idi - Politoloq

Ordumuzun Kəlbəcərdəki təlimi bunun mesajı idi - Politoloq
Ermənistanda bir neçə başıpozuq "Türkiyədəki ağır vəziyyətdən istifadə edərək Azərbaycanın mövqelərinə hücum edək” fikrini səsləndirib. Yaramazlar anlamırlar ki, Azərbaycan Ermənistanı təkbaşına da cəzalandıra bilər.
Miq.az xəbər verir ki, bunu Elxan Şahinoğlu Feysbuk hesabında Ermənistan, İran və ya Rusiyanın Türkiyədəki zəlzələdən istifadə edib Azərbaycana qarşı hansısa təxribat törətmə ehtimalı ilə bağlı fikirlərini bildirərkən yazıb.

"Digər tərəfdən Azərbaycana Rusiya və ya İran istiqamətindən hər hansı təhlükə yaranarsa, Türkiyə ordusu mövcud çətinliklərə rəğmən, seyrçi qalmayacaq. Türkiyədə ağır fəsadları olan zəlzələ baş versə də, ordu yerindədir. Bunu Rusiya və İranda anlamamış deyillər. Bir neçə başpozuq erməni isə "xəyallarından” çıxış edir. Türkiyədə zəlzələdən bir neçə saat sonra Azərbaycan ordusunun Kəlbəcər istiqamətində hərbi təlimləri keçirildi. Bu təxribat barədə düşünənlərə mesaj idi ki, bizi sınamağı ağıllarından keçirməsinlər".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az