Ovannisyan: "Ermənistanda yeni silahlı qruplaşmalar yarana bilər"

Ovannisyan:
"Əgər Ermənistanda normal siyasi proseslər vasitəsilə fövqəladə xarakterli məsələlərin həllinə nail olmasaq, ölkədə "Sasna çrer” adlı yeni silahlı qruplaşmalar yaranacaq”.
 
APA-nın "news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın müxalif  "İrs” partiyasının lideri Raffi Ovannisyan deyib.
 
O bildirib ki, hər bir Ermənistan vətəndaşı "Sasna çrer” üzvü ola bilər: "Lakin onlar bizim ölkəmizi işğal edən qalstuklu terrorçulara qarşı vuruşan antiterrorçular olacaq. Əgər indiki vəziyyətin dəyişməsinə nail olmasaq, o zaman heç kim sərhədlərimizdəki itkilərə təəccüblənməsin”.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az