“Palsüd”dən təkzib: “Bu tip hücumlar bir mərkəzdən idarə olunur…”
"Palsüd haqqında yazılan son informasiya kökündən yanlışdır və biz bunu son vaxtlar şirkətimiz haqqında yazılan sifarişli dezinformasiya yazılarının tərkib hissəsi sayırıq”.
Bu fikirlər "Palfood” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda əksini tapıb.
Məlumatda bildirilir ki, bu tip hücumlar ölkədə azad sahibkarlığın inkişafına vurulan zərbədir və bir mərkəzdən idarə olunan qüvvələr şirkətimizin Azərbaycanda açdığı iş yerlərinin bağlanmasına təşfiq göstərir:
"Palsüd Azərbaycanın süd istehlak bazarında özünəməxsus yeri olan brenddir, ilk gündən təbii süddən istifadə etməklə bazarda özünü təsdiq etmiş, alıcıların rəğbətini qazanmışdır. Yazıda qonşu Gürcüstanda süd istehsalı zamanı quru südün istifadəsinin qadağası haqqında qeyd olsa da sifarişli yazının müəllifləri bir şeyi unudurlar. Palsüd Azərbaycanda Gürcüstan və Rusiya bazarına çıxan ilk süd brendidir. Məhz məhsulumuzun təbii süddən keyfiyyətlə hazırlanması digər ölkələrdə sərt qadağaların və nəzarətin məhsulumuza yaşıl işıq yandırmasına səbəb olub. Bir daha vurğulayırıq ki, Palsüd haqqında yazılan yazı yalnış və sifarişlidir”.
Miq.Az