"Pandemiyanın təsirindən bu tarixdə xilas olacağıq..." - Yapon şirkətləri


Yapon şirkətlərinin 90 faizi ölkə iqtisadiyyatının 2022-ci ildə COVID-19-un mənfi təsirindən xilas olacağına ümid edir.

Miq.Az xəbər verir ki, araşdırmaya görə 2022-ci ildə şirkətlərin 75 faizi orta artım, 15 faizi genişlənmə gözləyir, 5 faizi isə şərtlərin dəyişməyəcəyini təxmin edir.

Orta artım gözləyənlərin 93 faizi təxminlərini COVID-19 peyvəndlərinin yayılması ilə, 83 faizi isə şəxsi istehlakın yaxşılaşması ilə əlaqələndirir. 72 faiz isə iqtisadi fəaliyyətlərdəki COVID-19 məhdudiyyətlərinin sona çatmasının mülayim artıma müsbət təsir edəcəyini gözləyir.

Sorğuda iştirak edən firmaların 26 faizi 2022-ci ildə şirkət satışlarının epidemiyadan əvvəlki səviyyəyə qayıdacağını, 16 faizi isə 2023-cü ildə bu səviyyəyə çata biləcəyini gözləyir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az