Parlamentdə partlayış

Parlamentdə partlayış
Müxalifətdən olan deputat Kosovo parlamentinin binasında iclas zamanı gözyaşardıcı qaz olan qumbara partladıb.

Vətəninfo.az-ın məlumatına görə, "Report" "Reuters"ə istinadən xəbər verir ki, partlayışdan sonra iclas zalını tüstü bürüyüb.

Hadisə nəticəsində iki deputat yaralanıb. Binadakılar təxliyə edilib.

Məlumatda bildirilib ki, müxalifətdən olan deputat Kosovo hökumətinin Serbiya ilə münasibətləri normallaşdırmasına etiraz olaraq bu addımı atıb.

Xatırladaq ki, Kosovo qismən tanınan respublikadır. Serbiya Konstitusiyasına əsasən, o, Serbiyanın bir hissəsi sayılaraq Kosovo və Metoxiya Muxtar Diyarına daxildir. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az