Parlamentdə QALMAQAL-Spiker Zahid Oruca: “Otur aşağı, səviyyəsiz...”
Milli Məclisin iclasında "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Millət vəkili Zahid Oruc layihə barədə çıxış edərkən yeni təkliflə çıxış edib.
Zahid Oruc deyib ki, Britaniyada Avropa Birliyindən çıxmaq xətti qalib gəldi: "Fikrimcə, Devid Kameron istefa verə bilər. Avropa Birliyinin gələcəyi sual altına düşür. Bu iqtisadi bazarlara təsir edəcək. Artıq bu gundən fund strerlinq 1.35-ə düşüb. Eləcədə avro dollar qarşısında zəifləməkdə davam edir. Odur ki, taksi-fri siyasətinə diqqətlə yanaşmaq lazımdır”.
Spiker Oqtay Əsədov deyib ki, taksi-fri dünyanın 130 ölkəsində işləyir: "Azərbaycan bura qoşulmaqla 131-ci ölkə olacaq. Bunun Avropa Birliyinə nə dəxli var axı?”.
Spiker Oqtay Əsədovun bu fikirləri Zahid Orucun etirazına səbəb olub. Deputat yerdən spikerə etiraz edərkən qarşıdurma yaranıb. Spiker Zahid Orucu sakit olmağa dəvət edib:
"Siz danışdınız, məndə sizə qulaq asdım və izahat verirəm. Xahiş edirəm yerindən danışma”.
O.Əsədov Zahid Orucu səviyyəsizlikdə ittiham edib: "Çox səviyyəsiz... Otur yerində. Sakit ol. Səviyyəni gördük”.
Millət vəkili Siyavuş Novzurov da Z.Orucun hərəkətini qınayıb və spikeri müdafiə edib. O, tərəfləri sakitliyə dəvət edərək spikerin istənilən məsə ilə bağlı fikrini demək hüququnda olduğunu bildirib.
Miq.az