Parlamentə ölkənin AİB-dən çıxmasıyla bağlı bəyanat layihəsi təqdim olunub

Parlamentə ölkənin AİB-dən çıxmasıyla bağlı bəyanat layihəsi təqdim olunub
"Azad demokratlar" partiyasının sədri Xaçatur Kokobelyan parlamentə "Ermənistan Respublikasının Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyünə vaxtından əvvəl xitam verilməsi haqqında" bəyanat layihəsi təqdim edib.
 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu qərar Ermənistanın Birliyə üzv olduğu bir il ərzində nəzərdə tutulan addımların, xüsusilə də ölkənin digər dövlətlərlə inteqrasiyasına və əhalinin rifahının yaxşılaşdırılmasına yönəlik tədbirlərin həyata keçirilməməsiylə əsaslandırılır.
 
Partiya liderinin sözlərinə görə, AİB-yə daxil olduqdan sonra Ermənistanın birlik ölkələrinə ixracatı xeyli azalıb.
Bəyanat layihəsində AİB-ə daxil olmağın Ermənistan üçün təcrid edilmə və xarici investisiyaların azalmasıyla nəticələndiyi bildirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az