Partlayışın ilkin səbəbi açıqlandı - RƏSMİ

Partlayışın ilkin səbəbi açıqlandı - RƏSMİ
Xəbər verdiyimiz kimi, bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 3 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib.

Ağcabədi rayonunun Hindarx İcra nümayəndəliyindən TNS-in bölgə müxbirinə verilən məlumata görə, qumbara M. Məmmədovun nəvəsi tərəfindən zibillikdən tapılaraq evə gətirilib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, yaralılardan 1985-ci il təvəllüdlü (qadın cinsli) şəxsə aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü (qadın cinsli) azyaşlıya isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.

Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az