Paşinyan növbəti dəfə pərt oldu və Azərbaycanla bağlı səhvini etiraf etdi...
"ÜDM-in həcminə görə Ermənistan yalnız Gürcüstanı keçib..."
İşğalçı ölkə baş naziri Nikol Paşinyan özü-özünü "redaktə edərək” bir gün öncə söylədiyinin əksinə olaraq adambaşına düşən ÜDM-in həcminə görə Ermənistanın yalnız Gürcüstanı keçdiyini bildirib.
Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkə mediası məlumat yayıb.
Az öncə Ermənistanın guya adambaşına düşən ÜDM-in həcminə görə Gürcüstanla yanaşı, Azərbaycandan da üstün olduğunu iddia edən Paşinyan ən sevdiyi sosial şəbəkədəki səhifəsində bunun əksini etiraf edib.
Bu dəfə yenidən BVF-nin məlumatlarına istinad edərək baş nazir özünə "düzəliş edib" və Ermənistanın bəhs edilən göstəriciyə görə yalnız Gürcüstanı keçdiyini bildirib. Daha sonra isə Paşinyan yenə də əsassız olaraq gələn il adambaşına düşən ÜDM-in həcminə görə Ermənistanın Azərbaycanı da üstələyəcəyinə əminliyini ifadə edib.
Xatırladaq ki, dünən -yanvarın 6-da axşamdan KİV-də Paşinyanın "Facebook”dakı paylaşmasına istinadla Ermənistanın guya adambaşına düşən ÜDM-ə görə Gürcüstan və Azərbaycanı üstələməsi haqda Bu məlumat yayılıb. İşğalçı hökumət başçısı həmin faktın 6 yanvar Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən açıqlandığını bildirib. Və guya Ermənistan bu göstərici üzrə regional liderə çevrilib.
Ermənistanın Baş naziri Nikol Paşinyan fəxrlə bu mövzuda parlamentin kürsüsündən göstərilən iqtisadi göstəricidə bölgə ölkələri arasında liderliyə çatacağına söz verdiyini xatırladıb və buna ölkə büdcəsinin talanmasına son verməklə nail olduğunu bildirib. Amma ertəsi gün yanlışlığa yol verdiyini anlayan Paşinyan yaxşı ki, bunu etiraf etməyə özündə cəsarət tapıb.
Sultan Laçın