Patruşevin xəbərdarlığı özünü doğruldub: Ukrayna PUA-sı Rusiyada neft bazasını dağıtdı
"Orlov vilayəti sərhəd regionu deyil, Kursk və Braynsk vilayətləri ilə həmsərhəddir..."
Orlov vilayətinin qubernatoru Andrey Klıçkov "Telegram-kanal"ında məlumat verib ki, bu gün səhər PUA neft bazasına partlayıcı maddə atıb.
Moderator.az məlumat verir ki, bu barədə "RBK" nəşri məlumat yayıb.
"Bu gün səhər saat 4 radələrində pilotsuz uçuş aparatı Stalnoy Kon kəndində neft bazasını dağıdıb. Zərərçəkən olmayıb. Hadisə yerində bütün operativ xidmətlər işləyir.
Baş verənlərin detalları və PUA-nın kimə məxsus olması dəqiqləşdirilməyib.
"Mash" Telegram-kanal"ının məlumatına görə, PUA Stalnoy Konda "Dostluq" neft bazası terminalına hücum edib.
"Bizdə olan məlumata görə, bu gün səhər saat 4:30 radələrində Ukraynanın güman edilən PUA-sı "Stalnoy Kon" neft terminalı stansiyasına partlayıcı maddə atıb. Zərbə dəqiq olmadığından alışma baş verməyib, zədələnmələr çox deyil, qurbanlar yoxdur", - məlumatda deyilir.
Qeyd edək ki, Orlov vilayəti sərhəd regionu deyil. O, Kursk və Bryansk vilayətləri ilə həmsərhəddir.
Neft bazası yerləşən Stalnoy Kondan Ukrayna ilə sərhəddədək 300 km artıq məsafə var.
Xatırladaq ki, noyabrın 15-də Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Şebekino şəhərinin atəşə tutulması barədə məlumat verib.
O, bəyan edib ki, yaşayış evinə mərmi düşməsi nəticəsində kişi və qadın həlak olub.
Qladkov həmçinin qeyd edib ki, döyüş sursatının düşdüyü yerdən 50 m aralıda məktəb yerləşir və orada hər hansı strateji obyektlər yoxdur.
Belqorod vilayəti müharibənin əvvəlindən atəşlərə məruz qalır.
Oktyabr ayında yerli sakinlərə ölkənin başqa regionlarına köçmək təklif edilib.
Lakin Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin HHM-i Rusiyanın mərkəzi hissəsinin müdafiəsinə hazırlamaq sərəncamını nəzərə alaraq Rusiyanın qərb sərhədlərindən kənara köçmək lazımdır.