Pensiya amnistiyası parlamentdə müzakirəyə çıxarılır

Pensiya amnistiyası parlamentdə müzakirəyə çıxarılır

Milli Məclisin bu gün keçiriləcək iclasında pensiya amnistiyasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılacaq.

Miq.Az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü iclasının gündəliyinə dəyişiklik edilib.

Gündəliyə "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsi (ikinci oxunuş) daxil edilib.

Qeyd edək ki, qanun layihəsinə dəyişikliklər artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Mövcud qanunvericiliyə əsasən, bu zaman müddət müəyyənləşdirilmədən artıq məbləğin geri ödənilməsi həyata keçirilirdi. Amma yeni dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az