PKK-lı nazirlərin yerinə yeniləri gətirildi

PKK-lı nazirlərin yerinə yeniləri gətirildi

Vətəninfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə keçirilən son parlament seçkilərindən sonra, seçkilərdə parlamentdə yerlər qazanan AKP,MHP,CHP və PKK terror təşkilatının siyasi qolu hesab edilən HDP öz aralarında koalisiyon hökuməti qura bilmədiklərindən, seçkilrdə daha çox millət vəkili yeri qazanan AKP Əhməd Davudoğlunun rəhbərliyi ilə müvəqqəti seçki hökumətinin qurulmasına nail olmuşdu. Qurulan müvəqqəti seçki hökumətində təmsil olunan HDP-sı təmsilçiləri Müslüm Doğannın İnkişaf Naziri, Əli Heydərin Avropa Birliyi ilə əlaqələr üzrə nazir postlarından istefasının ardından Davudoğlu hər iki nazir postuna yenilərini təyin edib.Məlumata görə, Türkiyə Baş nazirliyinin internet saytında yerləşdirilən xəbərdə qeyd edilir ki, Əhməd Davudoğlu Avropa Birliyi ilə əlaqələr üzrə nazir postuna professor Beril Dədəoğlu, İnkişaf naziri postuna isə, qeyd olunan nazirlikdə müşavir olan Güneyid Düzoğlunu təyin edib.

Vətəninfo.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az