PKK terrorçuları məhv olundu

PKK terrorçuları məhv olundu
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəhbərliyinin internet saytında yer alan açıqlamaya görə, Mardinin Nusaybin rayonunda davam edən əməliyyatda 4 terrorçu zərərsizləşdirilib. Miq.az modern.az-a istinadən bildirir ki, buradakı əməliyyatda zərərsizləşdirilən terrorçu sayı cəmi 229 olub.

Şırnakda davam edən əməliyyatda isə 6 terrorçu zərərsizləşdirilib. Əməliyyatlarda zərərsizləşdirilən terrorçunun ümumi sayı isə 202-yə çatıb.

Silopidə keçirilən əməliyyatda isə 1 terrorçu zərərsizləşdirilib.

Rayonda zərərsizləşdirilən terrorçu sayı 8-ə yüksəlib. Hakkarinin Yüksekova rayonunda də 7 terror təşkilatı mənsubu təslim olub. Sözügedən rayonda zərərsizləşdirilən terrorçu sayı 169-a çıxıb.

Beləliklə, Mardin, Şırnak və Hakkaridə davam edən əməliyyatlarda zərərsizləşdirilən terrorçu sayı 608 olub.  

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az