Polkovnik-leytenant bölmə rəisi təyin olundu

Polkovnik-leytenant bölmə rəisi təyin olundu

Daxili işlər orqanlarında yeni təyinat olub.

"Report”un xəbərinə görə, polis polkovnik-leytenantı Elmir Hüseynov Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Bölməsinə rəis təyin edilib.
E.Hüseynov bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsində çalışıb.

Xatırladaq ki, bir neçə ay əvvəl 25-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Rafael Albabayev vəzifəsindən azad edilərək 23-cü Polis Bölməsinə rəis təyin edilmişdi.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az