Polkovnik Səfərovun yerinə yeni rəis təyin edildi

Polkovnik Səfərovun yerinə yeni rəis təyin edildi

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

Miq.Az "Report"a istinadən xəbər verir ki, bu vəzifəyə polis polkovniki Rəşid Piriyev təyin edilib.

Bu təyinata qədər R.Piriyev Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışırdı. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.

Xatırladaq ki, ötən gün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov vəzifəsindən azad olunub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az