Polkovnikdən şok: Xankəndidən İrəvana 2 deyil, 4 yol var

Polkovnikdən şok: Xankəndidən İrəvana 2 deyil, 4 yol var
Mətbuatda əvvəlki çıxışım haqqında danışdığım və dünən təxribatın baş verdiyi Xankəndi-Xəlfəli-Turşsu yolu asfalt olmasa da, lay daşlar döşənmiş yoldur. Yəni TIR və digər böyük qabaritli maşınlardan başqa istənilən nəqliyyat vasitəsi, o cümlədən UAZ, URAL, QAZ-53, QAZ-66 ilin bütün fəsillərində orada rahat hərəkət edə bilir.

Bu sözləri Axar.az-a dünən separatçıların təxribat törətdiyi Xankəndi-Xəlfəli-Turşsu yolu haqqında detallardan danışan Qarabağ qazisi, Birinci Qarabağ müharibəsində Malıbəylidə könüllü taborunun komandiri, Şuşada kəşfiyyat rəisi olmuş polkovnik Azay Kərimov deyib.

Polkovnik Xankəndidən 2 deyil, 4 alternativ yolun olduğunu vurğulayıb:

"Xankəndi-Xəlfəli-Turşu yolu hazırda ekofəalların etiraz aksiyası keçirdiyi yerdən 60 km arxada Laçın dəhlizinə birləşir. Yolun uzunluğu 15 km-dir. Yəni Xankəndidən çıxıb Kərkicahan kəndinin altından keçməklə Xəlfəli kəndinə getmək mümkündür.

Təxribatın baş verdiyi nöqtədən isə Şuşanın Şırlan kəndinə məsafə 5 km, Xankəndiyə məsafə 3 km-dir. Xankəndidən əvvəlcə Kərkicahan kəndinə, sonra Xəlfəliyə gedib, oradan Şuşanın Şırlan kəndinə də çıxmaq mümkündür. Şırlanın içindən çıxıb sola dönəndə Laçının Fingə kəndi gəlir. Fingə kəndi ilə Laçın dəhlizi arasındakı məsafə isə 500 metrdir.

Mənim bu yollar haqqında açıqlamamdan sonra Ruben Vardanyan da alternativ yolların olmasını etiraf etdi.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az